21.03.2019 - 05:32:11
14 Rəcəb 1440 - ci il
Giriş Qeydiyyat Şifrəni unutdun?
#Məqalələr #Məlumatlar #Hekayələr #Maraqlı #Sağlamlıq #Suallar və cavabları #Dualar #Şeir və qəzəllər #Kulinariya (reseptlər) #Dünya ölkələri #Azərbaycan #Xəbərlər
Məlumatlar / Allahı kim yaradıb?
Qədim zamanlardan bəri irəli sürülən suallardan biri də bu idi ki,
əgər bütün varlıqları Allah yaradıbsa, bəs Allahı kim yaradıb?
Bu sualın cavabını araşdırmazdan öncə bir məsələni də xatırladaq
ki, bu sual təkcə Allahpərəstlərə aid deyil, əksinə, materialistlər də
bu suala cavab verməlidirlər. Materialistlər: “Bütün varlıq maddəyə
qayıdır, maddənin başlanğıcı yoxdur, o, həmişə olmuşdur və
olacaqdır” – dedikləri zaman heç şübhəsiz, bu sual ortaya çıxır:
“Aləmin mənşəyi hesab etdiyiniz bu maddəni bəs kim yaradıb?”
Başqa ibarətlə desək: “Siz materialistlər səbəb-nəticə qanununu
qəbul edir, “hər hadisənin və ya nəticənin bir səbəbi olmalıdır” –
deyirsinizsə, onda əsil maddə hansı səbəbin nəticəsidir?”
Beləliklə, səbəb-nəticə silsiləsinin sonsuza qədər davam edə
bilməyəcəyini nəzərə alaraq, istər materialist, istərsə də Allahpərəst
filosoflar əzəli, yəni həmişədən var olan bir varlığa etiqad
bəsləyirlər. Nəticədə materialistlər deyir ki, aləmin əzəli varlığı
maddə və ya maddə ilə enerjinin müştərək ölçüsü olmuşdur.
Allahpərəstlər isə əsas mənşə, əzəli və əbədi varlıq kimi Allahı
qəbul edirlər.
Göründüyü kimi, əbədi və əzəli məbdənin varlığını hamı qəbul edir,
yəni güclü bir əqli dəlil bütün filosofları əzəli məbdəni qəbul etməyə
vadar edir. Elə isə materalistlə Allahpərəst arasındakı ixtilaf
haradadır?
Birbaşa deməliyik ki, ixtilaf burdadır: Allahpərəstlər o ilkin səbəbi –
varlığın məbdəsini elmi, iradəli, qüdrətli və hikmətli hesab edib onu
Allah adlandırır, materialistlər isə onu elmsiz, iradəsiz və qüdrətsiz
hasab edərək maddə adlandırır.
Teolqlar (ilahiyyatçı filosoflar) Allahı isbat etmək üçün səbəb-nəticə
istidlalı ilə kifayətlənməmişlər, çünki bu istidlal bizi yalnız ilkin
səbəbə, başqa ibarətlə desək əzəli bir varlığa yönəldir ki, bunu
materialistlər də qəbul edir. İlahi fəlsəfənin ən mühüm
məsələlərindən biri əzəli və ya ilkin səbəbin varlığını isbat etdikdən
sonra bu səbəbin sonsuz elmini isbat etməkdir. Varlıq aləminin
nizamını müşahidə etmək, varlığın heyrətli sirlərini, xilqət aləminə
hakim kəsilmiş dəqiq qanunları mütaliə yolu ilə Allahın sonsuz
elmini sübut etmək heç də çətin deyil. Bu ilk məsələdir, indi isə
əsas məsələnin özünə qayıdırıq: “Allahı kim yaradıb?” sualına
cavab verməzdən öncə bir neçə suala cavab vermək lazımdır,
çünki bu bir neçə sual əsas cavabı dərk etmək üçün zehnimizi
hazırlayır. Nəm olan hər şey öz nəmişliyini və rütubətini sudan alır.
Bəs suyun nəmliyi hardandır?
Qidaların yağlılığı yağdandır. Bəs yağın yağlılığı hardandır?
Şor olan şeylərin şorluğu duzdandır, bəs duzun şorluğu hardandır?
Otağın işıqlılığı nurdandır. Bəs nurun işığı hardandır?
Yalnız bir cavab gəlir zehnimizə: Suyun nəmliyi, yağın yağlılığı,
duzun şorluğu, nəhayət, nurun işığı digər şeylərdən alınmayıb, bu
onların təbii və zati xüsusiyyətidir. Deməli, Allahın varlığı Onun
zatıdır – Onun təbiətidir, Onun özündəndir, başqasından deyil. Bir
fərqlə ki, suyun, işığın və s. yaradanı da elə Allahdır. Bu misallar mövzunun zehndə daha yaxşı yer alması üçün çəkilmişdir. Əslində
isə bu misallarla Allah arasında çox böyük bir fərq var, çünki hər
şeyin varlığı Allahdan, Allahın varlığı isə Özündəndir! Allah heç
kəsin yaratdığı deyil, var olmaq Allahın zatıdır.

Baxılıb: 1208 dəfə.
Yazıldığı vaxt: 22 May 2017, 13:02
Yazdı: Admin

WhatsApp-da paylaş
Şərhlər (0)




←Geri qayıt


Forumda son mövzular

Mövzu yoxdur..
Foruma get

Video kateqoriyaları
→ Azərbaycan [0]
→ Məlumatlar [1]
→ Dini mahnılar [0]
→ Dini filmlər [1]
→ Şeir və qəzəllər [3]
→ Mərsiyyələr [1]
→ Duetlər [1]
→ Qruplar [1]
→ Moizələr [1]

Bir Hədis oxu
Hədis 40: Həzrət Əli (ə) buyurur: “O şəxsə təəccüb edirəm ki, yaxşı bir sifətə görə tərifləndikdə sevinir, halbuki, bu sifətə malik olmadığını bilir.”

Son verilən suallar
:
Salam.Bawqasinin ve ya oz eybini gizletmek ucun yalan daniwmaq caizdirmi?

Adil:
Qusul alarken hansi zikri demek lazimdir

Adil:
Qusul nece alinir?

Bütün suallara bax

Müxtəlif yazılar
Namazı keyfiyyətli qılmaq Namazı keyfiyyətli qılmaq
Haram pulla məscid tikmək olarmı? Haram pulla məscid tikmək olarmı?
Gələcəkdən xəbər! Gələcəkdən xəbər!
Dovşan ətinin haram olması barəsində heyrətamiz qeydlər Dovşan ətinin haram olması barəsində heyrətamiz qeydlər
Yamaqlı Ayaqqabı Yamaqlı Ayaqqabı
Hz Məryəm Harunun bacısı olmadığı halda niyə qövmü ona "Harunun bacısı" deyə xitab edir? Hz Məryəm Harunun bacısı olmadığı halda niyə qövmü ona "Harunun bacısı" deyə xitab edir?
Məntiqi qəbul etmək Məntiqi qəbul etmək
İmam Səccadın mübarək Ramazan ayı ilə vidalaşması İmam Səccadın mübarək Ramazan ayı ilə vidalaşması
Quranda adı çəkilən 11 qadın Quranda adı çəkilən 11 qadın
Mənim Yusifim (ə.f) hardadır? Mənim Yusifim (ə.f) hardadır?
Həmmam və ya Müttəqin xütbəsi Həmmam və ya Müttəqin xütbəsi
Bədbəxt kimdir? Bədbəxt kimdir?
Dinin təsir və faydaları Dinin təsir və faydaları
Silinməz dostluq Silinməz dostluq
Rəcəb ayı - Fəzilət və əməlləri Rəcəb ayı - Fəzilət və əməlləri
Qadınla məsləhətləşmək olmaz deyənlərə, Quran və sünnədən dəlillər Qadınla məsləhətləşmək olmaz deyənlərə, Quran və sünnədən dəlillər
Hünər və insanlıq (ibrətamiz) Hünər və insanlıq (ibrətamiz)
Cümə sözünün mənası Cümə sözünün mənası
Qarışqaların bədənlərinin 70 faizi şüşədəndir Qarışqaların bədənlərinin 70 faizi şüşədəndir
Allahı kim yaradıb? Allahı kim yaradıb?

Kateqoriyalar
Məqalələr

Dinin təsir və faydaları
Quranda adı çəkilən 11 qadın
Hz Məryəm Harunun bacısı olmadığı halda niyə qövmü ona "Harunun bacısı" deyə xitab edir?
Bədbəxt kimdir?
Qadınla məsləhətləşmək olmaz deyənlərə, Quran və sünnədən dəlillər
Mənim Yusifim (ə.f) hardadır?
Məlumatlar

Məntiqi qəbul etmək
Həmmam və ya Müttəqin xütbəsi
Allahı kim yaradıb?
Dovşan ətinin haram olması barəsində heyrətamiz qeydlər
Hekayələr

Gələcəkdən xəbər!
Yamaqlı Ayaqqabı
Hünər və insanlıq (ibrətamiz)
Silinməz dostluq
Maraqlı

Qarışqaların bədənlərinin 70 faizi şüşədəndir
Sağlamlıq

Suallar və cavabları

Haram pulla məscid tikmək olarmı?
Dualar

İmam Səccadın mübarək Ramazan ayı ilə vidalaşması
Şeir və qəzəllər

Kulinariya (reseptlər)

Dünya ölkələri

Azərbaycan

Xəbərlər

Namazı keyfiyyətli qılmaq
Cümə sözünün mənası
Rəcəb ayı - Fəzilət və əməlləri

Hazırda saytda olanlar
→ Sistem
Bütün istifadəçilərə bax

Bizi Paylaş
Player
Ana səhifə
Sayt statistikası
İdarə heyyəti
İstifadəçi axtar
Bizimlə əlaqə
Reklam ver
Saytın xəritəsi
Movla.Biz
* Saytdakı materiallardan istifadə edərkən istinad etməyiniz vacibdir!
ILK-10