19.01.2019 - 08:07:31
12 Cəmadiul-əvvəl 1440 - ci il
Giriş Qeydiyyat Şifrəni unutdun?
#Məqalələr #Məlumatlar #Hekayələr #Maraqlı #Sağlamlıq #Suallar və cavabları #Dualar #Şeir və qəzəllər #Kulinariya (reseptlər) #Dünya ölkələri #Azərbaycan #Xəbərlər
Məlumatlar / Həmmam və ya Müttəqin xütbəsi
Nəql edilir ki, Əmirəl-mömininin (ə) Həmmam adlı abid və təqvalı bir səhabəsi var idi. Həmmam, o həzrətə (ə) dedi: “Ey, Əmirəl-möminin! Təqvalıları mənim üçün elə vəsf edin ki, sanki onları öz gözümlə görürəm!” İmam (ə) ona cavab verməkdə bir qədər yubandı və sonra buyurdu: “Ey Həmmam! Allahdan qorx və yaxşılıq elə, çünki “Allah-taala təqvalılar və yaxşılıq edən kəslərlədir.” 38” Amma Həmmam bununla kifayətlənmədi və (bu barədə o qədər israr etdi ki,) sonda, İmam (ə) müttəqilərin – təqvalı şəxslərin sifətlərini geniş şəkildə onun üçün bəyan etmək qərarına gəldi.  Allaha həmd-səna deyib Peyğəmbərə (s) salam və salavat göndərdikdən sonra buyurdu:

“Eyibli sifətlərdən pak olan Allah məxluqatı onların itaətinə ehtiyacı olmadığı və günahlarından amanda qaldığı halda, yaratdı. Belə ki, nə günahkarların itaətsizliyi ona bir zərər yetirdi, nə də müti olanların itaəti ona xeyir verdi. Onların ruzisini, yaşayış vəsaitlərini aralarında bölüşdürdü və hər birini dünyada öz yerində və dərəcəsində yerləşdirdi.
Təqvalı şəxslər dünyada bu üstün xüsusiyyətlərə malikdirlər:

1) Danışıqları doğru,
2) geyimləri orta həddə və
3) yol getmələri təvazökarlıqladır.
4) Allahın onlara haram etdiklərinə gözlərini yummuş və
5) öz qulaqlarını faydalı elm və biliklər eşitməyə həsr etmişlər.
6) Narahatçılıq zamanı və ya asayişdə olduqda vəziyyətləri eynidir (və dəyişikliklər onlara təsir qoymur).
7,8) Əgər Allahın onlar üçün müəyyən etdiyi bir müddət olmasaydı, mükafat şövqü və cəzaların qorxusundan onların ruhları, hətta bir göz qırpımı qədər də olsa belə, bədənlərində qalmazdı.
9) Yaradan onların can və ruhlarında əzəmətli şəkildə cilvələnmiş (və həmin cəhətdən)
10) Allahdan başqası onların nəzərində kiçilmişdir.
11) Onlar cənnəti öz gözləri ilə görmüş və onun nemətlərində qərq olmuş,
12) eyni zamanda, cəhənnəm odunu müşahidə etmiş və onda əzab çəkmiş şəxs kimidirlər.
13) Qəlbləri kədərlə dolu,
14) (insanlar) onların şərindən amanda,
15) bədənləri arıq,
16) ehtiyacları çox az və
17) ruhları pakdır.
18) Qısa bir müddət üçün bu dünyada səbr etdilər və uzunmüddətli bir rahatlıq qazandılar. Bu, Allahın onlar üçün hazırladığı faydalı bir ticarətdir.
--Dünya (öz zinətləri ilə) onları tovlamaq istədi, lakin onlar
19)ona (dünyaya) aldanmadılar və
20) onu (dünyanı) istəmədilər.
- Dünya istədi ki, (öz ləzzətləri) ilə onları özünə əsir eləsin, amma onlar
21) fədakarlıqla özlərini azad etdilər.
(Təqvalılar) gecələr
22) daima ayaq üstə dayanar,
23) Quranı aram və
24) düşünərək tilavət edər,
25) onu oxumaqla özlərini kədərləndirər və
26) öz dərdlərinin dərmanını ondan alarlar.
- Nə zaman təşviq edib müjdə verən bir ayəyə yetişsələr,
27) böyük həvəslə ona üz tutar,
28) ruhları şövqlə ona qapılar,
29) onu daima göz önündə saxlayarlar.
- Qorxudan ayələrə yetişdikdə,
30) qəlblərinin qulaqlarını onu eşitmək üçün açar və
31) cəhənnəm odunun şölələrinin vahiməli şəkildə bir-birinə toxunma və nalə səslərinin onların qulaqlarının içində olduğunu təsəvvür edərlər.
32) Onlar Allah dərgahında rükuya gedir,
33) səcdə etdikləri zaman alın, əl, ayaq və dizlərini torpağa sürtür və
34) ondan cəhənnəm atəşindən xilas olmalarını diləyirlər.
Amma gündüzlər.
35) səbirli alimlər,
36) təqvalı xeyirxahlardırlar.
37) Qorxu onların bədənlərini ox kimi nazikləşdirmişdir.
38) Belə ki, görənlər onların xəstə olduqlarını sanarlar, halbuki, onlarda heç bir xəstəlik yoxdur.
39) Xəbərsiz qafillər onların dəli olduğunu güman edərlər, halbuki, böyük iş (qiyamət) barədə düşünmək onları bu vəziyyətə salmışdır.
40) Azacıq əməllərindən razı deyillər və
41) artıq olan əməllərini də çox hesab etmirlər.
42) Onlar özlərini müqəssir hesab edir və öz əməllərindən qorxudadırlar.
43) Onlardan biri tərifləndiyi zaman, onun barəsində söylənilənlərdən qorxuya düşər və deyər: “Mən özümü başqalarından yaxşı tanıyıram. Allahım məni özümdən də yaxşı tanıyır!” O, “İlahi, məni onların mənə nisbət verdikləri günahlara görə cəzalandırma! Məni barəmdə güman etdikləri yaxşılıqlardan da üstününə daxil et və onların bilmədikləri günahlarımı bağışla!”
Onların nişanələrindən:
44) Dində qüvvətli,
45) xoş xasiyyətli
46) uzaqgörən,
47) yəqinlə dolu imana sahib,
48) biliyə yiyələnməkdə həris,
49) helm əldə etməkdə elimli,
50) varlı halında mötədil,
51) ibadətdə təvazökar,
52) fəqirlikdə bəzənmiş,
53) çətinliklərdə səbirli,
54) halal şeylər istəyən,
55) hidayət yolunda sevincli və
56) tamahkarlıqdan uzaqdırlar.
57) Yaxşı işlər görsə belə, yenə də qorxudadır,
58) bütün iradəsi şükür etmək olduğu halda, gündüzdən gecəyə çıxır,
59) düşüncəsi Allahı yad etmək olduğu halda, səhəri açır.
60) Qorxuda olduğu halda yatır, amma
61) şad oyanır.
62) Onun qorxusu qəflət,
63) şadlığı ona nəsib olan rəhmət və fəzilətdir.
64) Nəfsi onu sevmədiyi bir vəzifəni yerinə yetirməkdə itaətsizlik etdiyi zaman, o da nəfsini sevdiyi şeylərdən məhrum qoyur.
65) Gözünün aydınlığı aradan getməyən əbədi,
66) zahidliyi isə daimi qalmayan şeylərdədir.
67) Elmlə helmi bir-birinə qarışdırmış,
68) sözü ilə əməlini bir-birinə uyğun etmişdir.
69) Arzusunu yaxın,
70) yanlışlıqlarını az,
71) qəlbini təvazökar,
72) nəfsini qane,
73) yeməyini az,
74) işlərini asan,
75) dinini qorunmuş,
76) nəfsi istəklərini ölü və
77) qəzəbini yatmış görərsən. 78)Hamı onun xeyirinə ümidvar və
79) şərindən amandadır.
80) Əgər qafillərin arasında olsalar, zikr edənlərdən hesab edilər, amma
81) zikr edənlərin arasında olsalar, qafillərdən sayılmazlar.
82) Peşman olmuş (zalımı) bağışlayar,
83) onu məhrum edənlərə yaxşılıq edər,
84) onunla əlaqəsini kəsənlərlə münasibət yaradar.
85) Pis və nalayiq sözlərdən uzaqdır,
86) sözü mülayim,
87) pis işləri gizlin və
88) yaxşılıqları aşkardır.
89) Yaxşılıqlara üz tutub,
90) pis işlərə isə arxa çevirmişdir.
91) Çətinliklərdə soyuqqanlı və aram,
92) xoşagəlməz hadisələr müqabilində səbirli,
93) nemət və rahatlıq zamanında şükür edəndirlər.
94) Düşmən olduğu şəxsə zülm etməz,
95) sevdiyi şəxsə görə də günaha batmaz.
96) Onun əleyhinə şahid gətirilməzdən öncə özü haqqa etiraf edər.
97) Ona tapşırılan şeyləri tələf etməz,
98) ona xatırladılan şeyləri də unutmaz.
99) İnsanları pis ləqəblərlə çağırmaz,
100) qonşulara ziyan vurmaz,
101) müsibətə düçar olana tənə vurmaz,
102) batil mühitlərə daxil olmaz,
103) haqqın dairəsindən xaric olmaz.
104) Əgər sükut etsə, sükutu onu qəmləndirməz,
105) əgər gülsə, gülüşü qəhqəhəyə çevrilməz.
106) Əgər (dostlar tərəfindən) ona zülm olunsa, Allah onlardan intiqam alana qədər səbir edər.
- Özü çətinlikdə, camaat isə onun əlindən asayişdədir.
107) Özünü axirəti üçün zəhmətə salar,
108) amma camaat üçün rahatçılıq yaradar.
109) Uzaqlaşdığı kəslərdən kənar durması zahidliyi və pak qalması üçündür,
110) yaxın olduğu kəslərlə münasibəti isə mülayimlik və mehribanlıqla yanaşıdır.

- 'Uzaqlaşması təkəbbür və özünü üstün tutmaq, yaxınlaşması da hiylə və kələk mənasında deyildir.”
O Ravi deyir: “Söz bu yerə çatdıqda, birdən Həmmam nalə çəkdi və onun naləsi ilə də ruhu bədənindən ayrıldı.” Əmirəl-möminin (ə) buyurdu: “Ah! And olsun Allaha, bu hadisənin baş verməsindən qorxurdum!” Sonra buyurdu: “Əhli olanlar üçün moizə və öyüd-nəsihət belə təsir edir.” Bir nəfər dedi: “Bəs siz necə, ey Əmirəl-möminin?” (Yəni, təqvalıları vəsf etmək Həmmamı belə etdiyi halda, nə üçün sizə heç bir təsir göstərmədi?) İmam (ə) buyurdu: “Vay sənin halına! Hər bir əcəlin müəyyən bir müddəti vardır və ondan o tərəfə keçmir, eyni zamanda, məlum səbəbi vardır ki, onu aşmır. Aram ol! Bir daha belə sözlər danışma! Bu, şeytanın sənin dilinə gətirdiyi sözlər idi.”

Baxılıb: 824 dəfə.
Yazıldığı vaxt: 8 İyun 2017, 23:37
Yazdı: Admin

WhatsApp-da paylaş
Şərhlər (1)

Rukun yazıb: [08:07:31]
Allah sizden razi olsun InweAllah



←Geri qayıt


Forumda son mövzular

Mövzu yoxdur..
Foruma get

Video kateqoriyaları
→ Azərbaycan [0]
→ Məlumatlar [1]
→ Dini mahnılar [0]
→ Dini filmlər [1]
→ Şeir və qəzəllər [3]
→ Mərsiyyələr [1]
→ Duetlər [1]
→ Qruplar [1]
→ Moizələr [1]

Bir Hədis oxu
Həzrət Əli (ə) buyurur: “Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin.”

Son verilən suallar
:
Salam.Bawqasinin ve ya oz eybini gizletmek ucun yalan daniwmaq caizdirmi?

Adil:
Qusul alarken hansi zikri demek lazimdir

Adil:
Qusul nece alinir?

Bütün suallara bax

Müxtəlif yazılar
Məntiqi qəbul etmək Məntiqi qəbul etmək
Gələcəkdən xəbər! Gələcəkdən xəbər!
Haram pulla məscid tikmək olarmı? Haram pulla məscid tikmək olarmı?
Yamaqlı Ayaqqabı Yamaqlı Ayaqqabı
Allahı kim yaradıb? Allahı kim yaradıb?
Dovşan ətinin haram olması barəsində heyrətamiz qeydlər Dovşan ətinin haram olması barəsində heyrətamiz qeydlər
Silinməz dostluq Silinməz dostluq
Namazı keyfiyyətli qılmaq Namazı keyfiyyətli qılmaq
Hünər və insanlıq (ibrətamiz) Hünər və insanlıq (ibrətamiz)
Cümə sözünün mənası Cümə sözünün mənası
İmam Səccadın mübarək Ramazan ayı ilə vidalaşması İmam Səccadın mübarək Ramazan ayı ilə vidalaşması
Qarışqaların bədənlərinin 70 faizi şüşədəndir Qarışqaların bədənlərinin 70 faizi şüşədəndir
Mənim Yusifim (ə.f) hardadır? Mənim Yusifim (ə.f) hardadır?
Həmmam və ya Müttəqin xütbəsi Həmmam və ya Müttəqin xütbəsi
Quranda adı çəkilən 11 qadın Quranda adı çəkilən 11 qadın
Hz Məryəm Harunun bacısı olmadığı halda niyə qövmü ona "Harunun bacısı" deyə xitab edir? Hz Məryəm Harunun bacısı olmadığı halda niyə qövmü ona "Harunun bacısı" deyə xitab edir?
Bədbəxt kimdir? Bədbəxt kimdir?
Qadınla məsləhətləşmək olmaz deyənlərə, Quran və sünnədən dəlillər Qadınla məsləhətləşmək olmaz deyənlərə, Quran və sünnədən dəlillər
Dinin təsir və faydaları Dinin təsir və faydaları
Rəcəb ayı - Fəzilət və əməlləri Rəcəb ayı - Fəzilət və əməlləri

Kateqoriyalar
Məqalələr

Dinin təsir və faydaları
Quranda adı çəkilən 11 qadın
Hz Məryəm Harunun bacısı olmadığı halda niyə qövmü ona "Harunun bacısı" deyə xitab edir?
Bədbəxt kimdir?
Qadınla məsləhətləşmək olmaz deyənlərə, Quran və sünnədən dəlillər
Mənim Yusifim (ə.f) hardadır?
Məlumatlar

Məntiqi qəbul etmək
Həmmam və ya Müttəqin xütbəsi
Allahı kim yaradıb?
Dovşan ətinin haram olması barəsində heyrətamiz qeydlər
Hekayələr

Gələcəkdən xəbər!
Yamaqlı Ayaqqabı
Hünər və insanlıq (ibrətamiz)
Silinməz dostluq
Maraqlı

Qarışqaların bədənlərinin 70 faizi şüşədəndir
Sağlamlıq

Suallar və cavabları

Haram pulla məscid tikmək olarmı?
Dualar

İmam Səccadın mübarək Ramazan ayı ilə vidalaşması
Şeir və qəzəllər

Kulinariya (reseptlər)

Dünya ölkələri

Azərbaycan

Xəbərlər

Namazı keyfiyyətli qılmaq
Cümə sözünün mənası
Rəcəb ayı - Fəzilət və əməlləri

Hazırda saytda olanlar
→ Sistem
Bütün istifadəçilərə bax

Bizi Paylaş
Player
Ana səhifə
Sayt statistikası
İdarə heyyəti
İstifadəçi axtar
Bizimlə əlaqə
Reklam ver
Saytın xəritəsi
Movla.Biz
* Saytdakı materiallardan istifadə edərkən istinad etməyiniz vacibdir!
ILK-10