19.01.2019 - 09:08:05
12 Cəmadiul-əvvəl 1440 - ci il
Giriş Qeydiyyat Şifrəni unutdun?
#Məqalələr #Məlumatlar #Hekayələr #Maraqlı #Sağlamlıq #Suallar və cavabları #Dualar #Şeir və qəzəllər #Kulinariya (reseptlər) #Dünya ölkələri #Azərbaycan #Xəbərlər
Məqalələr / Quranda adı çəkilən 11 qadın
Quranda birbaşa və ya işarə ilə bir neçə qadının adı çəkilmişdir ki, onlarla tanış olaq:

1. Həvva. Həvva Həzrət Adəmin (ə) həyat yoldaşıdır ki, ilk xəlq olunan qadın olmuşdur. “Sizi bir nəfsdən (möcüzəvi yolla gildən yaradılmış Adəm adlı ilk insandan və Adəmin, yaradılışı ona oxşar olan Həvva adlı bir fərdlə evlənməsindən və bu ikisinin nəslinin törəyərək artmasından) yaradan Odur”. (“Ənam” 98).

2. Fironun həyat yoldaşı Asya. “Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – Cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!»”. (“Təhrim” 11).

3. Sara. İbrahim (ə) peyğəmbərin həyat yoldaşı. “Onun zövcəsi ayaq üstə durmuşdu. Beləliklə o, (sirli qonaqlar mələk çıxdıqları üçün) sevincindən güldü”. (“Hud” 71).

4. Musanın (ə) anası. “(Sənin nicatın barəsində) lazım olanı ananın qəlbinə ilham etdiyimiz zaman. (Ona ilham etdik) ki: “Onu bir sandığa qoy və onu dənizə at”. Sonra (Bizim əzəli istəyimiz belə oldu ki,) gərək dəniz onu, Mənim və onun düşməninin götürməsi üçün sahilə atsın”. (“Taha” 38-39).

5. Şuəybin (ə) qızı Safura. “O iki qadından biri dedi: «Atacan, onu (muzdla) işə götür, çünki (bu) güclü və etibarlı (adam) muzdla tutduqlarının ən yaxşısıdır»”. (“Qəsəs” 26).

6. Zəkəriyyanın (ə) həyat yoldaşı. “Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bağışladıq. Və (qocalmış, əvvəldən qısır olan) zövcəsini də (cavanlaşdırmaq və ona doğmaq qüdrəti əta etməklə) onun üçün (doğmağa) layiq etdik”. (“Ənbiya” 90).

7. İmranın həyat yoldaşı Həna. “(Yada sal) o zaman(ı) ki, İmranın zövcəsi dedi: «Ey Rəbbim, mən Sənə nəzir etmişəm ki, bətnimdə olan azad olsun (hər bir məşğuliyyətdən azad olaraq Beytül-Müqəddəsdə xidmət etməyə məxsus olsun). Odur ki, məndən qəbul et”. (“Ali-İmran” 35).

8. Əyyubun (ə) həyat yoldaşı. “Və (ona dedik: Zövcəni ədəbləndirmək barəsindəki anda vəfa etmək üçün) bir dəstə çubuq götür və onunla (yavaşca zövcəni) vur və andını pozma. Doğrudan da onu səbirli gördük. Necə də gözəl bir bəndə! Həqiqətən o (Bizə tərəf) çox qayıdan idi”. (“Sad” 44).

9. Bilqeys. Səba xalqının padşahı. «Həqiqətən, mən onlara (Səba əhlinə) hökmranlıq edən bir qadın gördüm. Ona (padşahlıq, məmləkətin idarə olunması və xalqın xoş güzəranı üçün lazım olan) hər şey verilmişdir. Onun böyük, əzəmətli bir taxtı vardır». (“Nəml” 23).

10. Həzrət Məryəm (s.ə). “Habelə öz namusunu (iffətini) qoruyan İmran qızı Məryəmi də (məsəl çəkdi). Biz ona Öz ruhumuzdan (Bizim iradəmizlə vücud tapan ruhdan) üfürdük (İsa onun bətnində yarandı)”. (“Təhrim” 12).

11. Həzrət Fatimə (s.ə). “Və onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər. (Onlar həm dildə, həm də qəlbdə deyərlər:) «Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik». «Həqiqətən, Biz öz Rəbbimizdən, çox sərt, olduqca çətin, dəhşətli (və üzlərin tutulub qaralacağı) gündən qorxuruq»”. (“İnsan” 8-10).

​Hazırladı:​ Samid Quliyev

Baxılıb: 2022 dəfə.
Yazıldığı vaxt: 29 Mart 2017, 19:56
Yazdı: Admin

WhatsApp-da paylaş
Şərhlər (0)




←Geri qayıt


Forumda son mövzular

Mövzu yoxdur..
Foruma get

Video kateqoriyaları
→ Azərbaycan [0]
→ Məlumatlar [1]
→ Dini mahnılar [0]
→ Dini filmlər [1]
→ Şeir və qəzəllər [3]
→ Mərsiyyələr [1]
→ Duetlər [1]
→ Qruplar [1]
→ Moizələr [1]

Bir Hədis oxu
Həzrət Əli (ə) buyurur: “İstər zarafata, istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil.”

Son verilən suallar
:
Salam.Bawqasinin ve ya oz eybini gizletmek ucun yalan daniwmaq caizdirmi?

Adil:
Qusul alarken hansi zikri demek lazimdir

Adil:
Qusul nece alinir?

Bütün suallara bax

Müxtəlif yazılar
Məntiqi qəbul etmək Məntiqi qəbul etmək
Mənim Yusifim (ə.f) hardadır? Mənim Yusifim (ə.f) hardadır?
Bədbəxt kimdir? Bədbəxt kimdir?
Rəcəb ayı - Fəzilət və əməlləri Rəcəb ayı - Fəzilət və əməlləri
Haram pulla məscid tikmək olarmı? Haram pulla məscid tikmək olarmı?
Dinin təsir və faydaları Dinin təsir və faydaları
Allahı kim yaradıb? Allahı kim yaradıb?
Quranda adı çəkilən 11 qadın Quranda adı çəkilən 11 qadın
Namazı keyfiyyətli qılmaq Namazı keyfiyyətli qılmaq
Gələcəkdən xəbər! Gələcəkdən xəbər!
İmam Səccadın mübarək Ramazan ayı ilə vidalaşması İmam Səccadın mübarək Ramazan ayı ilə vidalaşması
Hz Məryəm Harunun bacısı olmadığı halda niyə qövmü ona "Harunun bacısı" deyə xitab edir? Hz Məryəm Harunun bacısı olmadığı halda niyə qövmü ona "Harunun bacısı" deyə xitab edir?
Qadınla məsləhətləşmək olmaz deyənlərə, Quran və sünnədən dəlillər Qadınla məsləhətləşmək olmaz deyənlərə, Quran və sünnədən dəlillər
Qarışqaların bədənlərinin 70 faizi şüşədəndir Qarışqaların bədənlərinin 70 faizi şüşədəndir
Silinməz dostluq Silinməz dostluq
Həmmam və ya Müttəqin xütbəsi Həmmam və ya Müttəqin xütbəsi
Dovşan ətinin haram olması barəsində heyrətamiz qeydlər Dovşan ətinin haram olması barəsində heyrətamiz qeydlər
Cümə sözünün mənası Cümə sözünün mənası
Yamaqlı Ayaqqabı Yamaqlı Ayaqqabı
Hünər və insanlıq (ibrətamiz) Hünər və insanlıq (ibrətamiz)

Kateqoriyalar
Məqalələr

Dinin təsir və faydaları
Quranda adı çəkilən 11 qadın
Hz Məryəm Harunun bacısı olmadığı halda niyə qövmü ona "Harunun bacısı" deyə xitab edir?
Bədbəxt kimdir?
Qadınla məsləhətləşmək olmaz deyənlərə, Quran və sünnədən dəlillər
Mənim Yusifim (ə.f) hardadır?
Məlumatlar

Məntiqi qəbul etmək
Həmmam və ya Müttəqin xütbəsi
Allahı kim yaradıb?
Dovşan ətinin haram olması barəsində heyrətamiz qeydlər
Hekayələr

Gələcəkdən xəbər!
Yamaqlı Ayaqqabı
Hünər və insanlıq (ibrətamiz)
Silinməz dostluq
Maraqlı

Qarışqaların bədənlərinin 70 faizi şüşədəndir
Sağlamlıq

Suallar və cavabları

Haram pulla məscid tikmək olarmı?
Dualar

İmam Səccadın mübarək Ramazan ayı ilə vidalaşması
Şeir və qəzəllər

Kulinariya (reseptlər)

Dünya ölkələri

Azərbaycan

Xəbərlər

Namazı keyfiyyətli qılmaq
Cümə sözünün mənası
Rəcəb ayı - Fəzilət və əməlləri

Hazırda saytda olanlar
→ Sistem
Bütün istifadəçilərə bax

Bizi Paylaş
Player
Ana səhifə
Sayt statistikası
İdarə heyyəti
İstifadəçi axtar
Bizimlə əlaqə
Reklam ver
Saytın xəritəsi
Movla.Biz
* Saytdakı materiallardan istifadə edərkən istinad etməyiniz vacibdir!
ILK-10